Bakıda `VAZ`, Saatlıda `QAZ` yanıb


03:07     18 Noyabr 2016 masin%20yandi1.jpg

Bakı və Saatlıda yanğın hadisələri qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Saatlı rayonu, Ağarəhimli kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1386